Zərərli vərdişlərdən uzaq olaq

Məktəbimizdə “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair“ Tədbirlər Planına əsasən uşaq və gənclər arasında narkomaniya ilə mübarizə üzrə aparılan profilaktik tədbirlərin səmərəliyini artırmaq məqsədi ilə müxtəlif formatlı tədbirlər təşkil olunub.

Uşaq və gənclər arasında sağlam həyat tərzi formalaşdırmaq, zərərli vərdişlərdən uzaq olmaq məqsədi ilə “Sağlam bədəndə sağlam ruh olar” mövzusunda maarifləndirici tədbir kecirilib.

Tədbirdə məktəbimizin müəllimləri, psixoloqları, məktəbin həkimi, “Məktəblinin dostu” layihəsinin əməkdaşları iştirak ediblər. İlk öncə şagirdlərə narkotiklər, siqaretdən istifadə və onların fəsadları, sağlam həyat tərzi, idmanla məşğul olmanın müsbət keyfiyyətləri barədə geniş məlumat verilib. Sonra bu mövzuda video-çarx nümayiş etdirilib.

Tədbir zamanı şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi