Zəfərin mübarək, Vətən!

Məktəbimizdə “8 Noyabr Zəfər Günü” münasibətilə “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirilib.

Tədbirdə müharibə iştirakçıları, şəhid ailəsinin nümayəndələri, valideynlər, müəllim və şagird kollektivi iştirak edib.

İlk öncə Ulu öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirilib. Dövlət Himnimiz oxunub.

Azərbaycanın müasir tarixində fəxarət, qürur mənbəyi olan Zəfər tariximiz barədə şagirdlərə ətraflı məlumat verilib.  

Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətini şanlı qələbəyə aparan daxili və xarici siyasəti, Azərbaycan Ordusunun zəfər yürüşü və bununla da dünya hərb tarixindəki yeri barədə geniş söhbət açılıb.

Tədbir zamanı şagirdlərin ifasında zəfər gününə həsr olunmuş şeirlər  səsləndirilib, mahnılar ifa olunub. “Sarı bülbül” tamaşası göstərilib. Tədbirin keçirilməsində məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi, Zəfərimizin qəhrəmanlarının keçdikləri hünər yolunun nəsillərə çatdırılmasıdır.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi