İnsan alverinə qarşı birlikdə mübarizə aparaq

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı tədbirlər planına uyğun olaraq məktəbimizdə valideynlərlə görüş keçirilib.

Görüşdə məktəb rəhbərliyi, Binəqədi rayon Polis İdarəsinin əməkdaşları, valideynlər iştirak ediblər. Görüş zamanı insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallar, cəmiyyətdə ictimai dözümsüzlük mühitinin yaradılması, uşaqların təhsildən yayınma hallarına yol verilməməsi və hüquqlarının müdafiəsi, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla profilaktik işlər aparılması, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozmalarının profilaktikası barədə söhbətlər aparılıb.

Bu istiqamətdə valideynlərə tövsiyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi