Narkotiklərə "Yox" deyirik

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş tədbirlər planına uyğun olaraq təhsilalanlar arasında maarifləndirici söhbətlər təşkil olunub. Narkotik vasitələrin, psixotrop maddələrin orqanizmə zərərli təsiri barədə geniş və ətraflı məlumat verilib. Maarifləndirici söhbətlər məktəbimizin psixoloqları C.Məmmədova və R.Zülfüqarova tərəfindən aparılıb.

Maarifləndirmə tədbirlərinin məqsədi yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət növləri ilə məşğul olmaları üçün şəraitin yaradılmasıdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi