"5 DEVLET 1 MİLLET" "Gələcəyimiz Gözəlləşəcək-eTwinning" layihəsi fəaliyyətə başlayıb

Məktəbimizdə "5 DEVLET 1 MİLLET" "Gələcəyimiz Gözəlləşəcək-eTwinning" layihəsi fəaliyyətə başlayıb.

Məktəbimizin çalışqan müəllimləri Quliyeva Bədirnisə, Məmmədova Tanya, İsgəndərova Samirə 2023 - 2024 - cü tədris ilində "5 DEVLET 1 MİLLET" "Gələcəyimiz Gözəlləşəcək eTwinning" layihəsində l və V sinif şagirdləri ilə fəaliyyətə başlayıblar.

Qurucuları Bədirnisə Quliyeva və Türkiyədən həmkarı Ebru Altındal olan projenin məqsədi Türk Dövlətləri Təşkilatına daxil olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan dövlətlərinin şagirdlər tərəfindən tanınması, bayraqlarını və milli geyimlərini bilmələri, kiçik yaşdan əməkdaşlıq etmək, kurikuluma inteqrasiya etməklə web-2 alətlərindən səmərəli istifadə etmək, tullantılardan təkrar emal etmə bacarığını aşılamaq, ənənəvi uşaq oyunlarını öyrənmək və gələcək nəsillərə ötürməkdir.

Layihə işlərində müəllimlərimizə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi