2023-2024-cü tədris ilinə start verilib

Sentyabrın 15-də respublikamızın ümumtəhsil məktəblərində yeni 2023-2024-cü tədris ilinə start verildi.

Məktəbimizdə 15 sentyabr "Bilik günü"nə həsr olunmuş tədbir keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə ötən tədris ilində məktəbin əldə etdiyi nailiyyətlərdən, yeni tədris ilində qarşıda duran vəzifələrdən, müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu və xilaskarı olan ulu öndər Heydər Əliyevin gənc nəslə nümunə olan zəngin irsindən, Heydər Əliyev məktəbinin layiqli davamçısı prezident İlham Əliyevin dövlətimizin qorunması, inkişafı, çiçəklənməsi istiqamətində apardığı məqsədyönlü fəaliyyətindən, işğaldan azad olunmuş torpaqlarımızda görülən bərpa və quruculuq işlərindən, şagirdlərimizin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində aparılan fəaliyyətlərdən danışılıb.

Müəllim-şagird-valideyn kollektivinə, məktəbə qədəm qoyan birincilərə yeni tədris ilində uğurlu təhsil arzulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi