Yeni tədris ilində vahid məktəbli formasından istifadə olunacaq

2023-2024-cü tədris ilində məktəbimizdə aşağıda şəkildə göstərilən məktəbli geyim forması istifadə olunacaqdır.

Qeyd edək ki, məktəbin 24.02.2023 -cü il tarixli 4 nömrəli Pedaqoji Şura iclasında vahid məktəbli formaları “Dövlət ümumitəhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli Qərarı müzakirə edilib və şəkildəki forma təsvirləri - ağ köynək, tünd-göy rəngli şalvar (oğlanlar üçün) və ətək (qızlar üçün), göy rəngli jaket (yaz-payız və qış geyimləri) seçilərək təsdiq edilib.

Bu barədə məktəbin valideyn və şagird kollektivi məlumatlandırılıb. Yeni tədris ilində təhsilalanların vahid məktəbli formasından istifadə etmələri istiqamətində işlər davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi