“Yay məktəbi"nin birinci mərhələsi başa çatıb

"Məktəblinin dostu" layihəsinin təşkilatçılığı ilə məktəbimizdə keçirilən “Yay məktəbi"nin birinci mərhələsi yekunlaşıb.

İyul ayını əhatə edən birinci mərhələdə 5 və 6-cı sinif şagirdləri iştirak edib.

Yay məktəbinin proqramına əsasən burada şagirdlər üçün təlim, seminar və informativ sessiyalar, eyni zamanda, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil olunub.

Məktəblinin dostları şagirdlər üçün “Yol hərəkəti qaydaları”, “Fövqəladə hallarda davranış qaydaları”, “İlk tibbi yardım”, "Sosial şəbəkələrdən faydalı istifadə", "İnternet təhlükəsizliyi", “Düzgün danışıq, nitq bacarıqlarının həyatımızda rolu”, “Təbiəti qoruyaq”, “Heyvanlara qayğı”, “Təlimçi məktəbli” kimi mövzuları əhatə edən maarifləndirici təlimlər həyata keçiriblər.

“Yay məktəbi”nin məqsədi məktəblilərin yay tətili dövründə onlara əyləncəli və öyrədici proqramlar təşkil etməklə asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaqdır.

Qeyd edək ki, "Yay məktəbi"ndə iştirak edən şagirdlərə sertifikatlar verilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi