Son zəng tədbiri keçirilib

İyunun 14-də məktəbimizdə XI sinif şagirdlərinin buraxılışına həsr olunmuş “Son zəng” tədbiri keçirilib. Qeyd edək ki, 2022-2023-cü tədris ilində məktəbimizin XI siniflərini 115 nəfər bitirib. 

Məzunların “Son zəng” tədbirində işğaldan azad edilmiş ərazilər üzrə Prezidentin "Şərqi Zəngəzur" iqtisadi zonasının xüsusi nümayəndəliyi yanında bərpa - tikinti və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, eyni zamanda məktəbimizin valideyni, tanınmış jurnalist İlhamiyyə Rzayeva, Binəqədi rayonu İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Ziba Nəcəfova, məktəb rəhbərliyi, məzunlar, valideynlər və müəllimlər iştirak ediblər. 

Tədbir məktəbin həyətində keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Azərbaycan xalqının ümummilli lideri H Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra məzunların iştirakı ilə vətənə, xalqa, ulu öndərə, doğma məktəbə, müəllimlərə həsr olunmuş mahnı və şeirlər səsləndirilib, rəqslər ifa olunub. Bədii kompozisiyalardan ibarət maraqlı proqram nümayiş etdirilib. 

Tədbir zamanı dərs ilini müvəffəqiyyətlə başa vuran, müsabiqə və yarışlarda nailiyyətlər qazanan şagirdlər Fəxri fərman, diplom və təşəkkürnamə ilə təltif olunublar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi