Şagird nailiyyətləri dəyərləndirilib

Bu gün məktəbimizdə uğurlu nəticələri ilə seçilən təhsilalanların təltifetmə mərasimi keçirilib.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında 200 - dən yuxarı bal toplayan 9-cu sinif şagirdləri və onların müəllimləri, həmçinin məktəbdaxili layihə və müsabiqələrdə fərqlənən müəllimlər Fəxri fərman, diplom və təşəkkürnamə ilə təltif olunub.
Qeyd edək ki, lX "d" sinif şagirdi Quluzadə Nigar 295 bal toplayaraq ən yüksək nəticəyə nail olub. Bu imtahanda məktəbimizin 38 nəfər şagirdi yüksək nəticə əldə edib.
Tədbirin keçirilməsində məqsəd uğur qazanan təhsilalanları rəğbətləndirmək, dəyərləndirmək, şagirdlər arasında sağlam rəqabət yaratmaq, özünəgüvən hisləri aşılamaqdır.