20 Yanvar - "Azadlığa gedən yolun zirvəsi"

19.01.2017-ci il tarixdə Binəqədi rayonu M.X.Axundzadə adına 102 №-li tam orta məktəbdə Emay Holding LTD şirkətlər qrupunun Emay Media Production şirkətiylə birgə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı "20 Yanvar - Azadlığa gedən yolun zirvəsi" adlı tədbir keçirildi.Tədbirdə şagirdlərin ifasında iyirmi yanvar hadisələrini əks etdirən səhnəciklər göstərildi, ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Azərbaycan Respublikasının azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən məktəbin direktoru 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən və bu hadisələrin insanlığa qarşı yönəlmiş ən ağır cinayət olmasından, 20 Yanvar hadisələrinin acı nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən danışaraq şagirdləri xalqımızın şərəf və rəşadət salnaməsi olan bu şanlı tarixi unutmamağa çağırdı.