Uşaqlar bizim gələcəyimizdir

Bu gün məktəbimizdə 1İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında şagirdlərə məlumat verilib. Qeyd edilib ki, 1950-ci il iyunun 1-dən BMT-nin Baş Assambleyasının qərarı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur.
Tədbirdə çıxış edən məktəbin direktoru M.İsmayılova bayram münasibəti ilə şagirdləri təbrik edib. Ulu Öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısından, gələcəyimiz olan uşaqlara verdiyi dəyərdən danışıb. Qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev uşaqların savadlı, sağlam və firavan böyüməsi üçün diqqət və qayğı göstərir.