Təltifetmə mərasimi keçirilib

Məktəbimizdə 2022-2023-cü tədris ilində uğurlu nailiyyətləri ilə seçilən şagird və müəllimlərin təltifetmə mərasimi keçirilib. 

Həm məktəbdaxili, həm də məktəbdənkənar layihə və müsabiqələrdə fərqlənən müəllimlər və şagirdlər təltif olunub.

Qeyd edək ki, məktəbin şagirdləri mütəmadi olaraq layihə və müsabiqələrə həvəslə qatılıblar və uğurlu nəticələrə nail olublar.

Təltifetmə mərasimində məktəb rəhbərliyi müəllim, şagird və valideynlər iştirak edibl.

Tədbirin keçirilməsində məqsəd uğur qazanan təhsilalanları rəğbətləndirmək, dəyərləndirmək, şagirdlər arasında sağlam rəqabət yaratmaq, özünəgüvən hisləri aşılamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi