Məktəblərarası şahmat yarışları keçirilib

"Məktəblinin dostu" layihəsi çərçivəsində məktəbimizdə məktəblərarası şahmat yarışı keçirilib.
Yarışda Bakı şəhərində fəaliyyət göstərən 9, 14, 19, 20, 83, 102, 244, 276 nömrəli məktəblərin şagirdləri iştirak ediblər.
Yarışda I yeri 276 nömrəli tam orta məktəb, II yeri 83 nömrəli məktəb-lisey, III yeri 20 nömrəli məktəb-liseyin komandası qazanıb.
Qalib komandanın üzvlərinə diplom və medallar təqdim olunub. Məktəbimizin şagirdləri iştirakçı sertifikatı alıblar.