Peşəyönümü istiqamətində təlim keçirilib

Məktəbimizdə “Gənclərin peşəyönümü tərbiyəsinin təşkili” istiqamətində "Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir" mövzusunda IX sinif şagirdlərinə təlim keçirilib.
Təlim İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi 18 saylı Peşə Liseyinin əməkdaşı tərəfindən aparılıb.
Təlimdə "Gənclərin peşəyönümü tərbiyəsinin təşkili", "Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir", işsizliyin aradan qaldırılması mövzularında söhbət aparılıb. Şagirdlərə düzgün peşə seçmək, peşəyə bağlı olmaq, seçdiyi peşəni sevmək barədə məsləhətlər və tövsiyələr verilib.
Şagirdlər mövzuya dair video-çarx izləyiblər. Təlim zamanı şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Təlimin keçirilməsində məqsəd şagirdləri düzgün peşə seçiminə istiqamətləndirmək, peşələrə maraq oyatmaq, sevdiyi sənətin arxasınca getmək, xalqına faydalı vətəndaş kimi yetişməkdir.