IX siniflərdə valideyn iclasları keçirilib

Məktəbimizdə IX sinif şagirdlərinin, valideynlərin və müəllimlərin iştirakı ilə valideyn iclası keçirilib.
İclasda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri müzakirə olunub. Şagirdlərin əldə etdiyi nailiyyətlər haqqında danışılıb.
Təmayül siniflərin yaradılması, 10-cu sinfə qəbul haqqında valideynlərin fikirləri, rəyləri öyrənilib.
İclasda, həmçinin, peşəyönümü istiqamətində “Mən öz gələcəyimi seçirəm”, "Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları”, məktəbli forması, şagirdlərin dərsə davamiyyəti, nizam-intizam qaydalarına riayətetmə məsələləri barədə də söhbət aparılıb. Valideynlərə tövsiyələr verilib.