Xalqa həsr olunmuş ömür

Məktəbimizdə "Heydər Əliyev ili" çərçivəsində 5d sinfində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə "Kitabi - Dədə Qorqud" dastanından səhnələşdirilmiş parçalar göstərilib.  Milli - mənəvi dəyərlərimizi yüksək qiymətləndirən Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirilib, mahnılar oxunub.

Mustəqil Azərbaycanımızın qurucusu Heydər Əliyevin və Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Heydər Əliyev dühası və onun gələcəyə, təhsilə saldığı ziya, zəngin dövlətçilik ənənəsi barədə şagirdlərə geniş məlumat verilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi