lV, VlII siniflərdə TIMSS 2023 Beynəlxalq Qiymətləndirməsi həyata keçirilib

Bu gün məktəbimizin lV"b", Vlll"d" siniflərində Təhsil Nazirliyi və ARTİ tərəfindən TIMSS 2023 Beynəlxalq Qiymətləndirməsi həyata keçirilib. 

TIMSS qiymətləndirməsi kompüter əsaslı olub, məktəb lazım olan minimal sayda kompüterlə və internətə çıxışla təmin edilib. Şagirdlər 2 hissədən ibarət (bilik testləri və sorğu) sessiyada iştirak ediblər. Eyni zamanda məktəb direktoru, müəllimlər də sorğuya cəlb olunublar.

 Məlumat üçün bildiririk ki, TIMSS (Trends in Mathematics and Science Study) – Riyaziyyat və elm üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı IV və VIII sinif şagirdlərinin riyaziyyat və elm (fizika, kimya, biologiya, coğrafiya) üzrə biliklərini qiymətləndirmək məqsədilə IEA (Təhsil Nailiyyətlərinin qiymətləndirilməsi üçün beynəlxalq assosiasiya) təşkil olunub.

Məktəbimiz iki beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edir: PISA və TIMSS.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi