"Kiçik Akademiya"nın təqdimatında "Qarabağ məliklikləri"

          Məktəbimizdə “Heydər Əliyev ili” çərçivəsində "Kiçik Akademiyanın təqdimatı" adlı konfrans keçirilib. Konfransda KA-nın üzvü məktəbimizin lX "a" sinif şagirdi Zeynalova Leyla "Qarabağ məlikliklərinin sakinləri erməni yox, xristian mənşəli albanlar idi" mövzusunda apardığı araşdırmalar və təqdimatla çıxış edib. Təqdimatda eramızın I əsrində Albaniyada xristianlığın yayılmasından, o dövrə aid tikilən alban memarlıq abidələrinin  bir çox xarakterik elementləri ilə erməni dini memarlıq abidələrindən tamamilə fərqlənməsindən, bu fərqlərin tapılaraq üzə çıxarılmasından, Qarabağ  məlikliklərinin sakinlərinin  xristian mənşəli alban olduğunun sübut edilməsindən bəhs olunur.

          Eyni zamanda təqdimatda Alban və erməni xaçlarının fərqləndirilməsi,  tarix boyu ermənilərin bu əraziyə necə məskunlaşdırılması, Azərbaycan tarixinin necə saxtalaşdırılması barədə təsdiqedici faktlar da öz əksini tapıb. Aparılan araşdırmalar və tarixi faktlar nəticəsində sübut olunub ki, Qarabağ Azərbaycandır! Və burada yaşayan qədim xalq Azərbaycana məxsus alban sakinləridir. L.Zeynalovanın təqdimatı konfransın rayon turuna vəsiqə qazanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi