"Reproduktiv sağlamlıq" mövzusunda valideyn iclasları keçirilib

Məktəbimizin VIII-IX sinif şagirdlərinin valideynləri arasında “Reproduktiv sağlamlıq” mövzusunda təlimlər keçirilib.
Təlimlərin məqsədi valideynlər arasında övladlarının sağlam həyat tərzi və reproduktiv sağlamlığı, zərərli vərdişlərdən çəkindirmək, eləcə də erkən və qohumlararası nikahlara yol verməmək sahəsində maarifləndirmə işlərinin aparılmasıdır.
Təlimlərdə “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait”dən istifadə olunub. Təlimlərdə bu mövzuları əhatə edən video-çarxlar nümayiş etdirilib.
Təlim zamanı valideynlərə tövsiyələr verilib və onları maraqlandırılan suallar cavablandırılıb.