31 Mart Azərbaycanlıların Soyqırım Günüdür

Məktəbimizdə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dərslər keçilib. Şagirdlərin hazırladıqları təqdimatlar dinlənilib. Divar qəzetləri, bülletenlər hazırlanıb. Şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub.

Dərslərdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Soyqırımın tarixi haqqında şagirdlərə ətraflı məlumat verilib. Qeyd edilib ki, 31 Mart hadisələrinə   ilk dəfə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilib, mart hadisələri soyqırımı aktı kimi sənədləşdirilib. 

Şagirdlər 31 Mart hadisələrinə həsr edilmiş şeirlər, bayatılar söyləyiblər. Tədbirlərin keçirilməsində məqsəd xalqımızın qan yaddaşına çevrilmiş faciələrimiz haqqında şagirdlərin bilgilərini möhkəmləndirmək, soyqırımı qurbanlarının xatirəsini yad etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi