Peşəyönümü istiqamətində təlim keçirilib

   

Məktəbimizdə peşəyönümü sahəsində ixtisasların təbliğinə dair maarifləndirmə işləri aparılıb.

“Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən IX sinif şagirdlərinə düzgün ixtisas seçimi istiqamətində təlim keçirilib.

Təlim zamanı şagirdlərə peşələr, düzgün ixtisas seçimi, peşələrə yiyələnmək, sevdiyin peşə ilə məşğul olmaq barədə dolğun və ətraflı məlumatlar verilib. Şagirdlərin arzu və istəkləri dinlənilib, onlarla səmərəli əks əlaqə, diskussiya qurulub.

Təlimin keçirilməsində məqsəd şagirdlərdə yüksək texnologiyalar sahəsində ixtisas seçimi üzrə bacarıqların formalaşdırılması və buraxılış siniflərdə imtahanqabağı psixoloji gərginliyin aradan qaldırılmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi