Dəyərlərimizi yaşadaq: Novruz adətləri

Məktəbimizdə "Dəyərlərimizi qoruyaq" silsiləsindən Novruz bayramına həsr olunmuş tədbirlər keçirilib.

Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Dövlətimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən bütün qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra xalqımızın dəyərlərini özündə əks etdirən novruza aid şeirlər, bayatılar, tapmacalar səsləndirilib, mahnılar oxuyub, rəqslər ifa edilib.

Bahar qızı tədbir iştirakçılarını yurdumuza ayaq basmış bahar bayramı münasibətilə təbrik edib: “Qoy bu təravətli Novruz bayramı süfrənizi ruzi, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun! Bahar gəlişi ilə bütün evlərə xoşbəxtlik və səadət gətirsin... Ocağınız yanar, qazanlarınız qaynar olsun. Hər gününüz bahar təravətli, bahar sevincli olsun!!!”

Tədbirlərin keçirilməsində məqsəd şagirdlərin Novruz adətləri, əxlaqi dəyərlərimiz haqqında məlumatlarını zənginləşdirmək, adət-ənənələrimizi yaşatmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi