Dəyərlərimizi qoruyaq

Milli Azərbaycan Tarixi Muzeyində keçirilən "İpək yaylığın nağılı" adlı "Novruz bayramı" tədbirində məktəbimizin şadirdləri də iştirak ediblər.

Tədbir "Bahar qızın" gəlişi ilə açılıb. İnnovasiya və Təhsil proqramları şöbəsinin baş mütəxəssisi Nigar Əhmədlinin dəvəti ilə "Bahar qızı" obrazını məktəbimizin lV "d" sinif şagirdi Abdullazadə Selcan təqdim edib.

Sonra tədbirə ruzi, bərəkət, bolluq rəmzi olan çörək gətirilib. Çörəyi ruzi-bərəkət simvolu olaraq məktəbimizin lV "d" sinif şagirdi Süleymanova Nərmin təqdim edib.

Ardıcılıqla "Novruz bayramına" aid atributlar səhnədə yer alıb. Çıxış edən şagirdlərimiz bahara, novruza aid şeirlər söyləyiblər, xalqımızı Novruz Bayramı münasibətilə təbrik ediblər.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin Novruz adətləri, əxlaqi dəyərlərimiz haqqında məlumatlarını zənginləşdirmək, adət-ənənələrimizi yaşatmaq və gələcək nəsillərə ötürmək, muzeylə əməkdaşlığı möhkəmləndirməkdən ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi