IX siniflər üzrə monitorinq keçirilib

Məktəbimizin IX siniflərində BŞTİ tərəfindən monitorinq aparılıb.
Monitorinqin keçirilməsinin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.
Monitorinq təlim dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib.
Şagirdlərə təlim dili üzrə 4-ü açıq sual olmaqla 30, riyaziyyat fənni üzrə 10-u açıq sual olmaqla 25, xarici dil üzrə isə 4-ü açıq olmaqla 30 sual təqdim olunub. Sualların cavablandırılması üçün şagirdlərə 150 dəqiqə vaxt verilib.
Monitorinq bitdikdən sonra nəticələr bal və məzmun təhlili formasında təhsil müəssisələrinə təqdim olunacaq.