Ulu Öndərin 100 illiyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

Məktəbimizin I-X sinif şagirdlərinin iştirakı ilə Ulu Öndərin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” mövzusunda rəsm müsabiqəsi keçirilib.

Rəsm müsabiqəsi “Heydər Əliyev İli” çərçivəsində müəyyən edilmiş tədbirlər planına əsasən həyata keçirilib. Müsabiqə Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Müsabiqəni giriş sözü ilə açan məktəbin direktoru Mailə İsmayılova müsabiqə iştirakçılarını salamlayaraq Heydər Əliyevin həyat və fəaliyyətindən, müstəqil Azəbaycan dövlətinin qurulmasında əvəzsiz xidmətlərindən, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı məktəb üzrə görüləcək tədbirlərdən danışıb.

Qeyd edib ki, Ulu Öndərə həsr edilmiş tədbirlərin keçirilməsində əsas məqsəd dahi şəxsiyyətin zəngin irsinin öyrədilməsi və təbliğ edilməsi, eləcə də  şagirdlərin ümummilli liderin zəngin həyat və vətənpərvərlik təcrübəsindən bəhrələnməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi