İdman həftəsi keçirilir

Məktəbimizdə 27.02.2023-cü il tarixdən idman həftəsi keçirilir. 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə keçirilən idman həftəsi martın 3-dək davam edəcək. 

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş idman həftəsi çərçivəsində şagirdlərimiz səhər gimnastikası edir, müxtəlif idman növləri üzrə təşkil olunmuş yarışlarda iştirak edirlər.

Müəllimlər tərəfindən idman növləri haqqında şagirdlərə məlumatlar verilir. Eyni zamanda idman nailiyyətləri olan idmançı məzunlarla görüşlər keçirilir. “Olimpiya oyunları uşaqların gözü ilə” sərgiləri təşkil olunur.

İdman həftəsinin keçirilməsində əsas məqsəd şagirdlərin idmana olan marağının və həvəsinin artırılması, sağlam həyat tərzinin təbliği, şagirdlərdə sağlam rəqabət və qalib olmaq hissinin formalaşdırılmasından ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi