Reproduktiv sağlamlıq

Bu gün məktəbin Fəaliyyət panına uyğun olaraq 6-cı sinif şagirdlərinə “Reproduktiv sağlamlıq” mövzusunda tədbir keçirilib. Məqsəd uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarət olub.

Tədbir zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilib, sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən qorunmaq tövsiyə edilib.

Həmçinin, gənc nəslin sağlam böyüməsi, sağlamlığa ziyan verən vərdişlərdən uzaq olması, gələcəkdə sağlam ailə qurması istiqamətində məsləhətlər də verilib.

Tədbirdə mövzuya uyğun  video-çarx nümayiş etdirilib. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi