Siniflərarası voleybol yarışları keçirilib

Məktəbimizin 8, 9, 10-cu sinif şagirdləri arasında voleybol yarışları keçirilib.
Yarışların keçirilməsində məqsəd şagirdlərin fiziki fəallığını möhkəmləndirmək, fiziki tərbiyə dərslərinə marağını artırmaq, eyni zamanda şagirdlərdə sağlam həyat tərzi formalaşdırmaqdır.
Yarış zamanı 8-ci “d” sinfinin voleybol komandası xüsusi fəallığı ilə fərqlənib.
Bütün rəqiblərini məğlub edən komanda heyəti yarışın qalibi olaraq 1-ci yeri tutub.
Komanda üzvləri diplomlarla təltif olunub.