Pedaqoji Şuranın iclası keçirilib

31.01.2023 -cü il tarixdə Pedaqoji Şuranın I yarımilin yekunlarına həsr olunmuş növbəti iclası keçirilib.
İclas zamanı I yarımilin yekunları, siniflər üzrə keyfiyyət faizləri, fənn olimpiadalarının nəticələri, "Kiçik Akademiya”nın fəaliyyəti ilə bağlı görüləcək işlər barədə danışılıb.
Eyni zamanda I yarımil ərzində keçirilmiş məktəbdaxili monitorinqlərin nəticələrinin təhlili, həmçinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 6, 7, 9-cu siniflərdə keçirilmiş monitorinqlərin statistik təhlilinin müzakirəsi aparılıb.
İclasda riyaziyyat fənn aylığı çərçivəsində həyata keçirilən fəaliyyətlər və II yarımildə qarşıda duran vəzifələr də müzakirə olunub.