Yeni bir eTwinning layihəsi

Məktəbimizin müəllimi Bədirnisə Quliyeva Türkiyəli həmkarı Ebru Altındal ilə qurucusu olduğu "Yaşamın Mərkəzində MatemaTİK" eTwinning layihəsi üzrə 4a sinif şagirdləri ilə birlikdə fəaliyyətə başlamışdır.
Layihənin məqsədi şagirdləri yeni fəaliyyətlərlə təmin etmək, oxuduğunu anlamaq, özünü ifadə etmək, bilik və bacarıqlarını artırmaq, sosial, mədəni, emosional bacarıqları inkişaf etdirməkdir.
Şagirdlər layihənin sonunda vaşa düşəcəklər ki, riyaziyyat həyatımızın hər sahəsində var. Onlar riyaziyyat elminin necə də əyləncəli, maraqlı olduğunu anlayacaqlar.
Bütün bu fəaliyyətləri yerinə yetirən zaman yeni web2 alətlərindən istifadə edəcəklər.