O günlərin şahidləri - 20 Yanvar şəhidləri

20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar məktəbimizdə “O günlərin şahidləri – 20 Yanvar şəhidləri” mövzusunda təqdimatlar edilib.
Edilən təqdimatlarda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təqdimat zamanı tarixə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri haqqında geniş və ətraflı məlumat verilib.
Qeyd olunub ki, 20 Yanvar hadisələri xalqımızın mübarizliyini, əzmkarlığını, məğrurluğunu əks etdirən qan yaddaşımızdır. 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi daxil olub, tarixi həqiqətləri hər zaman xatırlamaq hər birimizin vətəndaşlıq borcumuzdur.
Şagirdlər 20 Yanvara həsr edilmiş şeirlər, bayatılar söyləyiblər, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.