20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər

20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar məktəbimizdə “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi”, “Vətən şəhidlərini heç vaxt unutmayacağıq!”, “Azadlıq carçıları” mövzularında xüsusi dərslər keçilib.
Dərslərdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dərslər zamanı tarixə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri haqqında geniş və ətraflı məlumat verilib.
Qeyd olunub ki, 20 Yanvar hadisələri xalqımızın mübarizliyini, əzmkarlığını, məğrurluğunu əks etdirən qan yaddaşımızdır.
20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi daxil olub. Dərslərdə həmçinin tarixi həqiqətlərin təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.
Şagirdlər 20 Yanvara həsr edilmiş şeirlər, bayatılar söyləyiblər, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.