Azadlıq carçıları

19 yanvar 2023-cü il tarixdə məktəbimizdə "20 Yanvar faciəsi"nin 33-cü ildönümünə həsr olunmuş xüsusi dərslər və tədbir keçirilib. Tədbirdə müəllim, şagird və valideyn kollektivi iştirak edib. İlk öncə bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.

Tədbirdə çıxış edənlər  xalqımızın həyatında ən ağrılı eyni zamanda böyük qəhrəmanlıq, milli özünüdərk günlərindən biri olan 20 Yanvar 1990-ci il faciəsinin tarixindən, Sovet imperiyası tərəfindən Bakıda Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli qətliamın səbəblərindən  danışdılar. Qeyd edildi ki, tarixin bütün dövrlərində müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqının azadlıq ruhunu heç bir qüvvə məhv edə bilməyib. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Bakıda Sovet qoşunu tərəfindən amansız qətliam törədilmiş, lakin böyük faciə olan bu hadisə qəhrəman Azərbaycan xalqının müstəqillik əzmini, milli iradəsini qıra bilməyib. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü idi. 20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə  qəhrəmanlıq səhifəsi kimi yazılıb. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Baş verən qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən Ulu Öndər Ümummilli Lider Heydər Əliyevin  söylədiyi kimi, “20 Yanvar uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir”. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti, yenilməz Azərbaycan Ordusunun rəşadəti nəticəsində 30 illik əsirlikdə olan doğma torpaqlarımız düşməndən azad oldu.  Bu şanlı Zəfər tarixi həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisasının alındığı tarixdir. Vətən müharibəsinin şəhidləri canları və qanları bahasına 20 Yanvar şəhidlərinin başlatdığı azadlıq yolunu əzmlə qət edərək Vətənimizi bütövləşdirdilər.

 Sonra şagirdlərin ifasında 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər səsləndi, səhnəciklər göstərildi, vətənpərvərlik mahnıları ifa edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi