BŞTİ tərəfindən monitorinq aparılıb

27 dekabr 2022 - ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən məktəbimizin VII və IX siniflərində monitorinq keçirilib. Monitorinqin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşağı siniflərdən aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.
Monitorinq təlim dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib.
Şagirdlərə təlim dili üzrə 4-ü açıq sual olmaqla 30, riyaziyyat fənni üzrə 6-sı açıq cavab tələb olunan, 4-ü isə açıq həlli tələb olunan sual olmaqla 25, xarici dil üzrə isə 4-ü açıq olmaqla 30 sual təqdim olunub.
Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilib.