Təltifetmə mərasimi keçirilib

Məktəbimizdə fəaliyyət göstərən "Məktəblinin dostu" layihəsinin təşkilatçılığı və məktəbin fiziki tərbiyə müəllimlərinin dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş voleybol yarışları keçirilib. Yarışa 8, 9, 10 - cu sinif şagirdləri cəlb olunub. Komandalar qələbə uğrunda əzmlə mübarizə aparıblar. Yarışda iki komanda I yerin qalibi olub.
14.12.2022- ci il tarixdə komanda üzvlərinin təltifetmə mərasimi keçirilib. Mərasimdə “Məktəblinin dostu” layihəsinin əməkdaşları, məktəb rəhbərliyi, qalib komandaların üzvləri iştirak ediblər. Qaliblərə medal və diplomlar təqdim olunub.
Yarışın keçirilməsində məqsəd Ulu Öndərin əziz xatirəsini hörmət və ehtiramla yad etmək, şagurdlərin fiziki sağlamlığını möhkəmləndirmək, vətənin müdafiəsinə hazır gənclər tərbiyə etməkdir.