Ulu Öndərin əziz xatirəsi hörmət və ehtiramla anılıb

12.12.2022- ci il tarixdə məktəbimizdə Azərbaycan xalqının ümummilli lideri, Ulu öndərimiz Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinin möhkəmləndirilməsi, soykökünə bağlılıq, dövlətçilik, ümumbəşəri dəyərlərimizin qorunub saxlanılması və təbliği, Heydər Əliyevin zəngin irsinin öyrədilməsidir.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirlərdə Ulu Öndərin həyat və fəaliyyətindən, müstəqil Azərbaycanın quruculuq yolunda göstərdiyi əvəzsiz xidmətlərindən danışılıb. Azərbaycan xalqına sədaqətlə xidmət edən ümummilli liderin zəngin irsinin  qorunub saxlanılması və böyüməkdə olan nəsillərə ötürülməsinin əsas və şərəfli vəzifə olduğu vurğulanıb. Bildirilib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Diqqətə çatdırılıb kı, Azərbaycanın müstəqilliyinin əbədi və dönməzliyi, dünyada öz layiqli yerini tutması, tarixi Zəfərin qazanılması, ərazi bütövlüyünü təmin edilməsi Ulu Öndərin müəllifi olduğu hərtərəfli inkişaf strategiyasının həyata keçirilməsinin ən gözəl nümunəsidir. 

Tədbirlər zamanı  şagirdlər Ulu Öndərə həsr olunan şeirlər söyləyiblər, mahnılar ifa ediblər, elm, təhsil, tərbiyə haqqında Ulu Öndərin kəlamlarını səsləndiriblər, video-çarxlar, nümayiş etdiriblər. Qeyd olunub ki, dahi şəxsiyyət, əbədiyaşar lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır və yaşayacaqdır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi