Təhsil töhfəsi

Şagirdlərimiz 26.11.2022-ci il tarixdə 276 nömrəli məktəbdə təşkil edilmiş "Təhsil töhfəsi " adlı tədbirdə iştirak ediblər.
Respublikamızın və xarici ölkələrin ali təhsil ocaqlarında təhsil alaraq uğur qazanan gənclərimiz məktəblilərə uğur qazanmağın sirlərindən danışıblar. Hər bir peşənin cəmiyyətimiz üçün önəmli olduğunu vurğulayıblar. Şagirdləri maraqlandıran sualları cavablandırıblar.
Tədbirin sonunda məktəblilərə maraqlı suallar verilib. Suallara düzgün cavab verən şagirdlər mükafatlandırılıb. Məktəbimizin şagirdi verilən suallardan birini düzgün cavablandıraraq hədiyyə qazanıb.