“Zəfər” I tarix olimpiadasının məktəbdaxili mərhələsi keçirilib

“Zəfər” məktəblilərarası I tarix olimpiadasının məktəbdaxili mərhələsi keçirilib.
Olimpiadanın keçirilməsinin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətən Müharibəsində qazanılmış qələbə və qəhrəman ordumuzun zəfər yolu barədə məktəbliləri məlumatlandırmaq, həmçinin istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.
Olimpiadanın məktəb mərhələsində VIII-X sinif şagirdləri iştirak ediblər. Şagirdlər 1 saat vaxt ərzində 25 sualdan ibarət test tapşırığını həll ediblər.
I mərhələdən uğurla keçən şagirdlər mərkəzləşmiş qaydada təşkil olunmuş şəhər turunda iştirak edəcəklər.