"Yaşıl sinif" yaradılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.03.2022-ci il tarixli F-138 nömrəli əmrinə əsasən Yaşıl layihə: “Təbiəti qoruyanlar” adlı layihənin icrası istiqamətində işlər davam edir.
Məktəbin coğrafiya müəllimi Lalə Əliyeva V ”d” sinif şagirdləri ilə birlikdə “Yaşıl sinif” yaradıb. Yaşıl sinifdə müxtəlif güllər, təbiət təsvirləri, ekologiyanı, təbiəti mühafizə etmək barədə şüarlar vardır.
Şagirdlər mütəmadi olaraq sinif otağında olan güllərə qulluq edir, yaşıllığı qoruyurlar. Təbiət haqqında, ekoloji mühit haqqında maraqlı məlumatlar əldə edirlər, sahibsiz heyvanları yemləyirlər, quş dənlikləri düzəldib ağacdan asırlar.