"Zəfər tarixi" konfransı keçirilib

05 noyabr 2022 -ci il tarixdə məktəbimizdə “Zəfər tarixi” konfransı keçirilib. Konfransda məktəbin müəllim, şagird, valideyn heyəti, məktəb rəhbərliyi, qazilər iştirak ediblər.

Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda çıxış edən məktəbin direktoru M.İsmayılova və digər çıxış edənlər qeyd ediblər ki, böyük zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi xalqımızın tarixinə Zəfər və qəhrəmanlıq salnaməsi kimi daxil olub. Tarixi qələbəni şərtləndirən başlıca amillərdən bir də məhz vətənə sonsuz sevgi hissinin, torpağa bağlılığın təcəssümü idi. İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən geri alaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad və firavan yaşayırıq. İşğaldan azad edilmiş torpaqlarımızda abadlıq və quruculuq işləri aparılır, şəhərlərimiz, kəndlərimiz bərpa edilir. Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu, Ali Baş Komandanımız Prezident İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti ilə Qarabağda yeni bir tarix yazdı.

Konfransda iştirak edən vətən qazisi S.Ağayev 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolundan, igid əsgərlərimizin göstərdiyi şücaətdən danışdı.

Sonra bədii hissədə məktəbimizin şagirdləri şəhidlərimizə həsr olunmuş, vətənpərvər mövzulu şeirlər söylədilər, mahnılar oxudular, rəqs etdilər, səhnəciklər nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi