Birlikdə əylənirik

Məktəb rəhbərliyi və valideynlərin birgə fəaliyyəti ilə məktəbimizin şagirglərinin asudə vaxtları səmərəli təşkil edilir. Məktəbimizin bir qrup valideynləri şagirdlərlə birlikdə bazar günu Tennis Akademiyasında Bakı məktəbliləri arasında keçirilən Bakı kəndləriarası futbol turnirinin final mərhələsində iştirak ediblər. Onlar qalib komandaların oyunlarını izləyiblər.
Şagirdlərimiz Azərbaycanın məşhur futbol uduzlariı ilə də görüşərək xoş və maraqlı anlar yaşayıblar.
Onlar tanınmış ulduzlarla xatirə şəkilləri çəkdiriblər, imzalı şəkillərini alıblar.
Şagirdlər və valideynlər yüksək əhvalı - ruhiyyə, məmnuniyyət hissi və xoş təəssüratlarla qayıdıblar.