Zərərli vərdişlərə "yox" deyirik

Məktəbimizdə 28 oktyabr 2022-ci il tarixdə "Zərərli vərdişlərə yox deyirik" mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Tədbirin keçirilməsində məqsəd məktəblilərin zərərli vərdişlərdən uzaqlaşdırılması, onlarda sağlam həyat tərzinin formalaşdırmasıdır. Tədbir məktəbin psixoloqları C.Məmmədova və R.Zülfüqarova tərəfindən keçirilib.
Onlar zərərli vərdişlərin insan orqanizmində yaratdığı fəsadlardan danışaraq məktəblilərin zərərli vərdişlərdən qorunması, yad təsirlərdən uzaq olması, sağlam həyat tərzi keçirməsi istiqamətində tövsiyələr veriblər.