Kiçik Akademiyanın təqdimatı: "Zəfər tariximiz"

28 oktyabr 2022 -ci il tarixdə məktəbimizdə Kiçik Akademiyanın üzlərinin təqdimatında: "Zəfər tariximiz" adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd istedadlı şagirdləri aşkar edərək təqdim etmək, zəfər tariximiz haqqında şagirdlərin biliklərini möhkəmləndirməkdir. Tədbirdə məktəbin müəllim, şagird kollektivi, məktəb rəhbərliyi iştirak edib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Akademiya üzvləri təqdimatlarında qeyd etdilər ki, böyük zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi xalqımızın tarixinə Zəfər və qəhrəmanlıq salnaməsi kimi daxil olub. Tarixi qələbəni şərtləndirən başlıca amillərdən bir də məhz vətənə sonsuz sevgi hissinin, torpağa bağlılığın təcəssümü idi. İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən azad edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad və firavan yaşayırıq. İşğaldan azad edilmiş torpaqlarımızda abadlıq və quruculuq işləri aparılır, şəhərlərimiz, kəndlərimiz bərpa edilir. Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu, Ali Baş Komandanımız Prezident İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti ilə Qarabağda yeni bir tarix yazdı.
Tədbirin sonunda istedadlı şagirdlərin ifasında şeirlər səsləndirilib, mahnılar oxunub, rəqslər ediib.