Yol hərəkəti qaydalarını oyrənirik

Məktəbimizdə yol hərəkəti təhlükəsizliyinin təbliğinə həsr olunmuş maarifləndirici dərslər keçirilib. Dərslərdə şagirdlərə yol hərəkəti qaydaları haqqında geniş və ətraflı məlumat verilib.
Məktəbin ibtidai sinif müəllimi Dilşad Şeyxzadənin hazırladığı video - təqdimat göstərilib. Təqdimatda səsləndirilən seirin müəllifi D.Şeyxzadənin özüdür. Müəllimə yazdığı şeiri özü səsləndirib.
Siniflərdə yol hərəkəti təhlükəsizliyinin təbliğinə həsr olunmuş tablolar asılıb, guşələr yaradılıb, şagirdlərin əl işləri nümayiş etdirilib.