Şagirdimiz inşa müsabiqəsinin qalibidir

Məktəbimizin lX sinif şagirdi Esma Abdullayeva Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən "27 sentyabr - Anım günü" münasibətilə "Qarabağ Azərbaycandır - İşğaldan azad olmuş torpaqlarımız" mövzusunda keçirilən inşa - yazı müsabiqəsində iştirak edib.
O, inşa müsabiqəsinin rayon mərhələsində I yerin qalibi olub. Abdullayeva Esma Bakı şəhəri üzrə keçirilmiş inşa-yazı müsabiqəsində Binəqədi rayonunu təmsil edib.
Esma fərqlənmə diplomu ilə təltif olunub. Şagirdimizi təbrik edir və gələcək işlərində uğurlar diləyirik.