Açıq havada "Həyat bilgisi" dərsi

Məktəbimizin 2 - ci ”b” sinif şagirdləri müəllimləri İlahə Əhmədova ilə birlikdə “Həyat bilgisi” fənnindən növbəti dərslərini açıq havada keçiblər.
Ətraf aləmlə tanışlıq, bitkilərlə yaxından təmasda olmaq şagirdlərə daha yaxşı təsir edib. Şagirdlərin təbiətə olan marağını artırıb.
Dərsin açıq havada keçirilməsində məqsəd şagirdləri təbiətin qorunması, mühafizəsi haqqında biliklərlə məlumatlandırmaq, təbiətə qayğı, sevgi hisləri aşılamaqdır.