"Zəfər tarixi" konfransında

27.09.2022-ci il tarixdə məktəbimizdə Anım Günü ilə bağlı konfrans, açıq dərslər, ədəbi-bədii kompozisiyalar keçirilib.
Vətənpərvərlik ruhunda təşkil edilən "Zəfər tarixi" konfransında məktəbimizin keçmiş məzunları - Vətən müharibəsi iştirakçıları Quluzadə Əziz, Quluzadə Tural və şəhid ailələrindən nümayəndələr iştirak ediblər. Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla hörmət və ehtiramla yad edilib. Çıxış edən müəllimlər, müharibə iştirakçıları 27 sentyabr Anım Günü barədə şagirdlərə ətraflı məlumat verərək zəfər tariximizdən danışıblar. Qeyd edilib ki, Vətən Müharibəsi Azərbaycan övladlarının yüksək vətənpərvərlik ruhunda yetişməsinin əyani təsdiqi idi. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan xalqımız sarsılmaz əzm və iradə nümayiş etdirərək, dəmir yumruq kimi birləşərək Vətən Müharibəsində tarixi qələbəyə nail olublar. Bu şanlı Qələbəyə gedən yolda canından keçərək əsl qəhrəmanlıq nümunəsi göstərən Vətən övladlarının xatirəsinin yad olunması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis olunub. Bu gün həm də xalqımızın qürur və fəxarət günüdür. Eyni zamanda şagirdlərimiz Binəqədi rayon məktəbliləri arasında keçirilən Anım Gününə həsr olunmuş “İşğaldan azad olunan torpaqlarımız” mövzusunda inşa-yazı müsabiqəsində, idman yarışlarında fəal iştirak ediblər. Məktəbimizin basketbol komandası II yerii tutub. 9 ”a” sinif şagirdi Esma Abdullayeva inşa – yazı msabiqəsinin qalibi olaraq I yeri tutub. Qalib şagirdlərimiz müvafiq diplomlarla təltif olunublar.
27 Sentyabr Anım günü ilə əlaqədar şagirdlərin II Fəxri Xiyabana ziyarəti təşkil olunub.