Yeni tədris ili başlanıb

15.09.2022 -ci il tarixdə məktəbimizdə 2022 - 2023-cü tədris ilinin başlanması ilə bağlı rəsmi tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru M.İsmayılova çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən və təhsil sahəsində aparılan islahatlardan danışıb. Yeni dərs ilinin başlanması münasibəti ilə müəllim və şagirdlərə uğurlar arzulayıb.
Məktəb direktoru, həmçinin, qeyd edib ki, ümumi təhsil məktəblərində ilk dərslərin “Qarabağ Azərbaycandır!” mövzusuna həsr edilməsi şagirdlərin tədris ilinə daha böyük ruh yüksəkliyi ilə başlamasına şərait yaradır.