"Yay məktəbi" davam edir

"Yay məktəbi" çərçivəsində fəaliyyətlər davam edir. Məktəbimizin Vlll "a" sinif şagirdləri dərslərini müəllimləri R.Məmmədova ilə birlikdə təbiətin qoynunda keçərək ekskursiyada olublar.
Ekskursiyanın keçirilməsində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi, ekologiyanın qorunmasının vacibliyinin şagirdlərə aşılanması, təbiət gözəlliklərinin, flora və faunanın qorunması haqqında şagirdlərin bilik və məlumatlılıq səviyyəsinin genişləndirilməsi, asudə vaxtın səmərəli təşkilidir.
Ekskursiya zamanı şagirdlər arasında əyləncəli oyunlar da təşkil olunub.
Şadirdlərimiz ekskursiyadan şən və məmnun qayıdıblar.